Azərbaycan nefti bahalaşır

İqtisadiyyat
12:45 / 04.08.2020
2152
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 45,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.