Arda "Qalatasaray"la anlaşdı

İdman
11:15 / 04.08.2020
2374
"Barselona"dan ayrılan Arda Turan karyerasını "Qalatasaray"da davam etdirəcək.
Sfera.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "sarı-qırmızılar"la müqavilənin şərtlərini razılaşdırıb.
Türkiyə millisinin üzvü peşəkar karyerasına "Qalatasaray"da başlayıb. O, 2011-ci ildə 13 milyon avro qarşılığında "Atletiko"ya transfer olmuşdu. Arda ötən mövsümün ilk yarısını "Başakşəhər"də keçirmişdi.