TƏBİB məlumat yaydı

Cəmiyyət
21:00 / 03.08.2020
6561
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb.
Sfera.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 874 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 744 837 test aparılıb. Aktiv xəstə sayı 4 456 nəfərdir, onlardan 259 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub.