Şəmkirdə top mərmisi tapılıb - FOTO

Şəmkirdə top mərmisi tapılıb - FOTO
 Avqustun 3-ü saat 11:10-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Şəmkir Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

İlkinin qaynanası ilə rəqsi gündəm oldu - VİDEO

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o, influenser həyat yoldaşı Aysel və qaynanası ilə birgə...

"Unibank" və AYİB tərəfdaşlığı: KOB-lara 10 milyon dollarlıq dəstək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim...

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...

Fərid İbrahimov vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, əməkdar artist Fərid İbrahimov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir...