İsmayıllı RIH karantin rejimi ilə əlaqədar reydləri davam etdirir - FOTO

15:24 / 03.08.2020
3879
İsmayıllı Rayon İcra Hakimiyyətinin Facebookdakı rəsmi səhifəsində İsmayıllıda koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi ilə əlaqədar keçirilən reydlər haqda məlumat yer alıb.
Sfera.az–ın verdiyi xəbərə görə, sözügedən məlumatda bildirilir ki, İsmayıllıda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.
Rayonda karantin rejiminin qaydalarına əməl olunması ilə əlaqədar gün ərzində ticarət və iaşə obyektlərinə baxış keçirilir həmçinin vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.
Rayon ərazisində 163-dən çox obyektdə reyd keçirilib. Onlardan 45-nə xəbərdarlıq edilib. Eyni zamanda karantin qaydalarına əməl etməyən 71-dən çox vətəndaşa xəbərdarlıq olunub.