Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

4 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

 

4 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Avqustun 4-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


OXŞAR XƏBƏRLƏR

“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin ol...

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildiril...

Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş qadın sürücü həbs olundu

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.   Sfera.az xəbər verir ki, Bakının Nəsimi rayonund...

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologi...

Yeni Zelandiyada fövqəladə hal elan edildi - Səbəb

Yeni Zelandiyanın bir sıra bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Kristçörçdə güclü küləklər və fasiləsiz yağışlar səbəbindən fövqəladə hal e...

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz&q...