“YAP-dan göstəriş olsa, hesabat verərəm...” – Deputatlar gəlirlərini açıqlayacaqmı?

“YAP-dan göstəriş olsa, hesabat verərəm...” – Deputatlar gəlirlərini açıqlayacaqmı?

"Göstəriş olsa, verəcəyik”.


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Erkin Qədirlinin ictimaiyyətə özünün gəlir və xərcləri barədə maliyyə hesabatı verməsi fonunda digər həmkarlarının da anoloji addım atıb-atmayacaqları barədə ictimaiyyəti maraqlandıran sualı cavablandırarkən deputat Eldar Quliyev deyib:


 


"Burada elə bir gizli şey yoxdur. Gəlirlərimiz də, xərclərimiz də məlumdur. Hər bir millət vəkili buna hazırdır. Dövlət tərəfindən göstəriş veriləcəksə, hesabatı verəcəyik. Ümumiyyətlə, hər dəfə seçki ərəfəsi bu addımı atırıq. Son olaraq 6 ay bundan qabaq da Mərkəzi Seçki Komissiyasına (MSK) gəlirlərimizlə bağlı hesabat təqdim etmişik”.

 

"Hesabat verib verməmək, şəxsi işimizdir”.



Bu fikirlər deputat Fazil Mustafaya məxsusdur: "Bu sualı mənə niyə verirsiniz?Görürsünüz ki, bu suala cavab versəm, köçürüb, oradan bəndi özləri bildikləri kimi paylaşıb, müəyyən problemlər yaradacaqlar. Deputatın şəxsi işidir, istəyər hesabat verər, istəyər verməz. Bu hal qanunvericilikdə nəzərdə tutulmayıb. Kim hesabat verirsə, bu da onun öz haqqıdır.

 

Hesabatı birinci növbədə MSK-ya veririk. Qalan fəaliyyətə görə hesabatı seçiçilərə veririk. Seçici üçün nə maraqlıdır ki, deputat gündəlik hara nə xərcləyib? Onun nə mənası var? Seçiciyə hansı işlərin görüldüyü barədə hesabat veririk. Onu necə görmək vacib deyil. Əsas odur ki, bu işləri görəsən. Ona görə də seçicini maraqlandıran səviyyədə hesabat vermək deputatın borcudur. Bu hesabatları da məsuliyyətli deputatların hamısı verir”.

 

"Bu sualı gənc deputatlara verin”.



Bu fikirlərsə deputat Fəzail Ağamalıya aiddir: "Sualı cavan deputatlara ünvanlayın”.

 

"Bundan şou düzəltmirəm”.


Sayta açıqlamasında bunları isə deputat Asim Mollazadə deyib: "Hesabatlarımızaçıqdır. Ona görə də bundan şou düzəltmək fikrim yoxdur”.


 


Deputat Aqiyyə Naxçıvanlı isə bunun üçün göstəriş gözləyir: "Üzvü olduğum YAP-dan hansı göstəriş olsa elə də edəcəyik. Erkin Qədirli isə özü bilər, bu məsələdə sərbəstdir".

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlkinin qaynanası ilə rəqsi gündəm oldu - VİDEO

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o, influenser həyat yoldaşı Aysel və qaynanası ilə birgə...

"Unibank" və AYİB tərəfdaşlığı: KOB-lara 10 milyon dollarlıq dəstək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim...

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...

Fərid İbrahimov vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, əməkdar artist Fərid İbrahimov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir...