Şəmkir Gənclər Evindən daha bir NƏCİB AKSİYA

Şəmkir Gənclər Evindən daha bir NƏCİB AKSİYA
 

Şəmkir Gənclər evi müqəddəs Qurban bayramı ilə əlaqədar Şəmkir rayonunun aztəminatlı, qayğıya ehtiyacı olan ailələrinə bayram sovqatı paylayıb.

SFERA.az xəbər verir ki, onlarla ailəyə bayram sevinci bəxş edən Gənclər Evinin əməkdaşları aksiya zamanı ara məsafəsini gözləyərək, karantin qaydalarına ciddi riayət ediblər.

Aksiya barədə danışan Şəmkir Gənclər Evinin direktoru İlkin Musayev bildirib ki, ümimilikdə aksiya zamanı onlarla ailəyə baş çəkiblər: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyalarına dəstək məqsədilə bayram sovqatı payladıq. Müqəddəs Qurban bayramı ilə əlaqədar ehtiyacı olan onlarla ailəyə yardım etdik. Gələcəkdə də bu cür xeyriyyə aksiyalarını davam etdirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, başda Möhtərəm Cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün dünya azərbaycanlılarını Qurban bayramı münasibətilə təbrik edirəm! Qoy Azərbaycanımız daha güclü, daha firavan, daha qüdrətli olsun! Torpaqlarımız tezliklə işğaldan azad olunsun! Azərbaycan ordusu zəfər qələbəsi əldə etsin!”.


OXŞAR XƏBƏRLƏR

“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin ol...

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildiril...

Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş qadın sürücü həbs olundu

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.   Sfera.az xəbər verir ki, Bakının Nəsimi rayonund...

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologi...

Yeni Zelandiyada fövqəladə hal elan edildi - Səbəb

Yeni Zelandiyanın bir sıra bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Kristçörçdə güclü küləklər və fasiləsiz yağışlar səbəbindən fövqəladə hal e...

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz&q...