“Ordunu zəiflətmək istəyənlər vətən xainləridir”

“Ordunu zəiflətmək istəyənlər vətən xainləridir”
 
"Birinci Qarabağ müharibəsində olan xainlər yenə də eyni siyasət yürüdürlər"

Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev deyib.

O bildirib ki, o vaxtlar ordu barəsində nə gəldi yazan, Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən qüvvələr var idi. Ehtiyatda olan zabitin sözlərinə görə, onlar yenə də fəallaşıb: 

"Bir həqiqəti bilmək lazımdır ki, Ordu bizim dayağımızdır və qürurumuzdur. Hazırda Ordunu sındırıb, ləkələmək istəyirlər. Həmişə Azərbaycan Ordusu öz gücünü göstərəndən sonra Azərbaycanı istəməyən qüvvələr ona qarşı qarayaxma kampaniyası aparmağa başlayır. Xatırlayıram, 1994-cü illərdə strateji mövqelər tutulandan sonra Orduya qarşı ləkələnmə kampaniyası başlandı. Bunu eləcə də Aprel döyüşlərindən sonra da gördük. Bu o deməkdir ki, bizim düşmənlərimiz bu ləkələnmə kampaniyasında iştirak edirlər. Onların əli ilə bu proseslər baş verir. Bizə qarşı informasiya müharibəsi aparırlar və əlindən gələni edirlər ki, bizim ordunu zəiflətdirsinlər. Ona görə də ağılsız insanlar onlara dəstək verirlər və nəticədə düşmənə kömək edirlər".

Ş. Əliyevin fikrincə, dünya ölkələrinin böyük bir hissəsində Ordu haqqında ümumiyyətlə danışmırlar və bu, qadağandır: 

"Çünki ordu müqəddəsdir və ordu dayaqdır. Ordunun mövqeyini saxlamaq lazımdır, imkan vermək olmaz ki, kimsə mənfi rəy bildirsin. Bizim Ordumuz indiyə kimi inkişafda olub və daim inkişaf edir. Ordumuz heç bir döyüşdə yenilmədi, uğursuz qayıtmadı. Bütün döyüşlərdə Ordumuz həmişə zəfər çalıb. Buna görə də düşmən qorxur, bu bir siqnaldır ki, düşmən əlindən gələni edir ki, Ordu rəhbərliyini ləkələsinlər. Onların məqsədi odur ki, Ordu rəhbərliyi dəyişsin və yerinə hazırkı güclü rəhbərlik deyil, təcrübəsiz rəhbərlər gəlsin. Əlbəttə, Ordunun daxilində bəzi şəxslər vəzifədə olmaq üçün əlindən gələni edir. Onların əsas məqsədi ordunu gücləndirmək deyil, öz şəxsi mənafelərinə xidmətdir. Nümunə göstərim, 1992-1993-cü ilin hadisələrində hakimiyyət bir-birini vəzifə üstündə qıranda Qarabağda döyüşlər gedirdi, şəhidlər olurdu. Amma onu heç kəs fikirləşmirdi, hakimiyyət davası gedirdi. Onlar üçün torpaq heç bir əhəmiyyət daşımırdı, əsas vəzifə lazım idi onlara. Elə indi də həmin hadisələri təkrarlanmaq istəyirlər. Başqa heç nədən söhbət gedə bilməz. Bunları ancaq vətən xaini adlandırmaq olar. Ləkələmək istədikləri insanı görəndə hamısı baş əyir, yaltaqlıq edirlər. Amma dalınca öz çirkin əməllərini davam elətdirirlər. Bu satqınların əlamətidir! Bu cür insanlara da saxta müxalifətçi şəxslər köməklik edirlər. Onlar başqalarının əlində oyuncaq kimi oynadılır və şəxsi məqsədlərinə çatmaqları üçün pul müqabilində iş gördürürlər".

OXŞAR XƏBƏRLƏR

Təyyarədə bunu etmək qadağan imiş

Bəzi sərnişinlər üçün bu, qəti şəkildə qadağandır.   Təyyarə ilə səyahət vaxt baxımından sərfəli olsa da, xüsusilə uzun məsafəli uçuşlarda kifayət qə...

“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin ol...

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildiril...

Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş qadın sürücü həbs olundu

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.   Sfera.az xəbər verir ki, Bakının Nəsimi rayonund...

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologi...

Yeni Zelandiyada fövqəladə hal elan edildi - Səbəb

Yeni Zelandiyanın bir sıra bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Kristçörçdə güclü küləklər və fasiləsiz yağışlar səbəbindən fövqəladə hal e...