Azərbaycanda polislərə atəş açıldı: Tutulanlar var - Fotolar

Azərbaycanda polislərə atəş açıldı: Tutulanlar var - Fotolar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən "iş başında” yaxalanıblar. 

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb. 

Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus "Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş "TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.





OXŞAR XƏBƏRLƏR

Təyyarədə bunu etmək qadağan imiş

Bəzi sərnişinlər üçün bu, qəti şəkildə qadağandır.   Təyyarə ilə səyahət vaxt baxımından sərfəli olsa da, xüsusilə uzun məsafəli uçuşlarda kifayət qə...

“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin ol...

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildiril...

Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş qadın sürücü həbs olundu

Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.   Sfera.az xəbər verir ki, Bakının Nəsimi rayonund...

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologi...

Yeni Zelandiyada fövqəladə hal elan edildi - Səbəb

Yeni Zelandiyanın bir sıra bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Kristçörçdə güclü küləklər və fasiləsiz yağışlar səbəbindən fövqəladə hal e...