\"Azərbaycanda karantin rejimi 3 ay uzadıla bilər\" - AÇIQLAMA

\
 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. Qeyd edək ki, Azərbaycanda koronavirusa görə tədbiq edilən ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Azərbaycanda da karantin rejimi 3 ay uzadıla bilərmi?

Bununla bağlı professor KONKRET.az-a danışan Adil Qeybulla bildirib ki karantin rejimi bizdə ləğv edilməyib: "Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın sona çatdığını elan edən zaman karantin rejimi ləğv olunacaq. Ümumdünya Səhiyyə Təşkilatı bir-iki dövlət üzərindən hərəkət etmir. Bütün dünya dövlətlərindəki vəziyyəti nəzərə alaraq qərar qəbul edir. Bilirsininiz ki, koronavirus bir neçə ölkədə səngisə də, bəzi ölkələrdə tüğyan etməkdədir. Məsələn, Hindistanda. Bundan əlavə, bəzi ölkələrdə ikinci dalğanın olacağı gözlənilir. Amma virusun sürətlə mütasiyaya uğraması proqnozu həmişə real olaraq qalır. Biz sentyanbrda və ya payızda dəqiq vəziyyəti biləcəyik. Ona görə də bizdə hələ karantin rejimi davam edəcək. Sadəcə sərtləşmiş karantin rejiminin yumşaldılmasında söhbət gedir. Amma çöldə karantin qaydaları sərt olaraq qalmaqdadır. Qapalı məkanlarda əllərin dizenfeksiya olunması, maskadan istifadə və sosial məsafənin qorunması məsələsinə ciddi nəzarət olunmalıdır. Biz ancaq bu yolla virusu lokallaşdıraraq az itkilərlə çıxa bilərik”.


OXŞAR XƏBƏRLƏR

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...

Fərid İbrahimov vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, əməkdar artist Fərid İbrahimov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir...

Təyyarədə bunu etmək qadağan imiş

Bəzi sərnişinlər üçün bu, qəti şəkildə qadağandır.   Təyyarə ilə səyahət vaxt baxımından sərfəli olsa da, xüsusilə uzun məsafəli uçuşlarda kifayət qə...

“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin ol...