Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb - İngiltərədə

Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb - İngiltərədə

Keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq (3,3 milyon manat) dəyərində binanı satın alıb.

Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında "NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib. 

 

Binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir.

İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus "NOAP PROPERTIES LIMITED” şirkəti Dartforddakı "The Bridging Group Limited” maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. "NOAP PROPERTIES LIMITED” 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

Əbdül Əliyevin atası Namiq Əliyev Vergilər naziri Fazil Məmmədovun müavini olub.

 




OXŞAR XƏBƏRLƏR

İlkinin qaynanası ilə rəqsi gündəm oldu - VİDEO

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o, influenser həyat yoldaşı Aysel və qaynanası ilə birgə...

"Unibank" və AYİB tərəfdaşlığı: KOB-lara 10 milyon dollarlıq dəstək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim...

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...

Fərid İbrahimov vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, əməkdar artist Fərid İbrahimov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir...