Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - Önümüzdəki günlərdə... -VİDEO

Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - Önümüzdəki günlərdə... -VİDEO
 

Avropa ölkələri daxil olmaqla, dünya ölkələrində COVİD-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlanması müşahidə olunur. Bir çox ölkədə statistika yoluxma dinamikasının gün keçdikcə mənfiyə doğru getməsindən xəbər verir. Ölkəmizdə isə vəziyyət tam nəzarətdədir. Yoluxanlarla sağalanların nisbətindəki müsbət dinamika önümüzdəki günlərdə vəziyyətin daha da sabitləşəcəyi anlamına gəlir.

Ölkəmizdə koronavirusa yoluxma statistikasındakı 200-lü rəqəmlər sonuncu dəfə 4 iyun tarixində qeydə alındı - 262 yoluxma. Bu tarixdən 20 gün sonra, yəni 24 iyunda yoluxma sayında ən pik göstərici müşahidə olundu - 590. Artıq bir neçə gündür ki, COVİD-19 virusundan sağalanların sayı yoluxanların sayını üstələyir.

Ölkə vətəndaşlarının səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlət tərəfindən görülən işlər nəticəsində ölkəmizdə müsbət dinamika müşahidə olunur. Millət vəkili Rasim Musabəyov deyir ki, pandemiya maliyyə imkanları çox olan ölkələrə baxmır.

Rasim Musabəyov – millət vəkili: "Varlı İtaliya, varlı İspaniyada vəziyyət Vyetnamdakından xeyli daha ağır oldu. Biz görürük ki, səhiyyəsinə ən böyük maliyyə vəsaiti xərclənən ölkə olan ABŞ-da - harada ki, səhiyyənin səviyyəsi hamıdan yüksəkdir - bu gün yoluxanların və ölənlərin sayı qat-qat çoxdur.

Azərbaycanda həm insanlar arasında düzgün izahat işləri apara bildik, həm də dövlət imkanlarını doğru istiqamətdə səfərbər edə bildik. Səhiyyəmiz mobilizasiya olundu, lazım gəldiyi halda xaricdən əlavə mütəxəssislər cəlb olundu. Karantin tədbirləri uzadılaraq proses tam nəzarətə götürüldü. Biz indi bu tədbirlər sayəsində müsbət dinamikanı müşahidə edirik".

Ölkəmizdə müsbət dinamikanın davam etməsi üçün qaydalara əməl etməyimiz vacib şərtdir. Xüsusilə də qapalı yerlərdə, insanların sıx olduqları məkanlarda tibbi maskalardan istifadə etməyimiz ən başlıca amillərdəndir.

Hümmət Əhmədov – həkim-infeksionist: "Biz bir dəfə may ayında sərt karantin rejiminindən çıxdıq. TƏBİB-in bütün təlimatlarının hazırlanmasına, ölkədə və ictimaiyyət tərəfindən təbliğat aparılmasına baxmayaraq, insanlarımızda arxayınlıq yarandı. Buna görə də Covid-19 virusundan xəstələnən insanların sayı 500-ü keçməyə başladı. Dövlətimiz, həkimlərimiz tərəfindən əldə olunmuş bu müsbət dinamika davam etməlidir".

Qeyd edək ki, Latın amerikası ölkələrində dövlətlər vaxtında tədbirlər görmədiyi üçün vəziyyət nəzarətdən çıxıb. Bu ölkələrdə yoluxma və ölüm sayı həndəsi silsilə ilə çoxalmaqda, səhiyyə sistemi üçün ağır problemlər yaratmaqdadır.

Şükür olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Biz də vətəndaş olaraq qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmuş olarıq.


(baku.ws)

OXŞAR XƏBƏRLƏR

İlkinin qaynanası ilə rəqsi gündəm oldu - VİDEO

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o, influenser həyat yoldaşı Aysel və qaynanası ilə birgə...

"Unibank" və AYİB tərəfdaşlığı: KOB-lara 10 milyon dollarlıq dəstək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim...

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...

Fərid İbrahimov vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, əməkdar artist Fərid İbrahimov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir...