AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə çarter reysi yerinə yetirəcək

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə çarter reysi yerinə yetirəcək
 Həftənin çərşənbə günü, avqustun 5-də, "Azərbaycan Hava Yolları” Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

AZAL-dan Sfera.az-a verilən məlıumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

 Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- diplomatik və xidməti pasportu olan əcnəbilər;

- Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı //www.azal.az/az/article/31082015 saytında qeyd edilib.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə //www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi  tədqiqat mərkəzi” FDBİ;  

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;

- "Təbabət” ("Medisina”) SC;

- "İNVİTRO müstəqil laboratoriyası” MMC;

- "Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;

- "Laborator-diaqnostika mərkəzi” MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.


OXŞAR XƏBƏRLƏR

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...

Fərid İbrahimov vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, əməkdar artist Fərid İbrahimov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir...

Təyyarədə bunu etmək qadağan imiş

Bəzi sərnişinlər üçün bu, qəti şəkildə qadağandır.   Təyyarə ilə səyahət vaxt baxımından sərfəli olsa da, xüsusilə uzun məsafəli uçuşlarda kifayət qə...

“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin ol...