Qüdrət Həsənquliyev ağlr itkiyə görə ona başsağlığı verən hər kəsə təşəkkür etdi

Qüdrət Həsənquliyev ağlr itkiyə görə ona başsağlığı verən hər kəsə təşəkkür etdi
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ailəsində baş vermiş ağır itkiyə görə başsağlığı verən hər kəsə təşəkkürünü bildirib.

Bununla bağlı Qüdrət Həsənquliyevin BAXCP-nin mətbuat xidmətinə verdiyi açıqlamada deyilir: 

"Allah Sizlərdən razı olsun, ölənlərinizə rəhmət eləsin, xalqımızı, xüsusilə də gənclərimizi hər cür bəladan hifz etsin, tezliklə insanlığı sınağa çəkmiş bu epidemiyaya qarşı mübarizə vasitələri tapmaqda elm adamlarına kömək olsun”.

Xatırladaq ki, Q. Həsənquliyevin Baş Prokurorluqda çalışan 31 yaşlı bacısı oğlu Bəhruz Kərimov 3 gün öncə koronavirusdan dünyasını dəyişib. Həkimlər bir neçə gün onu həyata qaytarmaq üçün çalışsalar da buna nail ola bilməyiblər. Mərhumun 2 azyaşlı övladı qalıb. 

OXŞAR XƏBƏRLƏR