Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA
 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib

"Miss Azərbaycan-2020” milli gözəllik müsabiqəsinin qalibi Banu Şücai İstanbulda çəkdirdiyi fotolarını nümayiş etdirib.

Model Sputnik Azərbaycan-a bildirib ki, fotosessiya keçirməyi çoxdan planlaşdırırmış, amma koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin qaydalarına görə onu dəfələrlə təxirə salıb.

Milli gözəllik müsabiqəsində qalibiyyətdən sonra Banu Şücai bu fikrini gerçəkləşdirə bilib.

Fotoqraf Həsən Əliyev modelin bir neçə obrazda şəkillərini çəkib.

Şəkillərdə Şücai qara ziyafət paltarındadır. Onun fikrincə, bu rəng onu güclü və əsrarəngiz qadın kimi xarakterizə edir.

Banu Şücai Miss Globe International və Miss smile titullarının sahibidir. Bir çox respublika və beynəlxalq müsabiqədə iştirak edib, reklam çarxlarında çəkilib. Əsasən fotomodel kimi çalışır.

Model karyerasından savayı, Şücai həm də oxuyur. O, "Səs Azərbaycan” müsabiqəsinin finalçısıdır. Müsabiqədə ona müəllimlik edən Azərbaycanın Xalq artisti Mübariz Tağıyev Banunu indi də dəstəkləyir.

OXŞAR XƏBƏRLƏR

Bu tarixdən hava dəyişir - Güclü külək olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. &nbs...

Avtomobillərin alışma halları artıb - Necə qoruyaq?

Yay fəslinin gəlişi ilə avtomobillərin alışaraq yanması halları artmaqdadır. Son günlər bu cür hadisələrin sayı daha da çoxalıb və sosial şəbəkələrdə də geniş m...

"Ermənistan Azərbaycanla özəl şirkət yaradacaq" - Paşinyan

"Ermənistan Azərbaycanla sülh müqaviləsi çərçivəsində nəqliyyat kommunikasiyalarının və müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi üçün özəl i...

Ata-anasını söydü, 5 sutkalıq həbs edildi

Cəlilabadda xuliqanlıq edən şəxs həbs edilib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüd...

Ailələrin istehlak xərci 2500 manata çatıb - Hesablama

Azərbaycan əhalisinin 2025-ci ilin birinci yarısında istehlak məqsədilə xərclədiyi vəsaitlərin məbləğində artım davam edib. Artımdan sonra orta statistik b...

Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşdü

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə gör...