Sabaha gözlənilən hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava proqnozu açıqlandı
 Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 3-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33, dağlarda gecə 13-16, gündüz 17-22 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz: Avqustun 3-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun 
iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Türkiyənin kurort bölgəsində zəlzələ olub

Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ...

"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"

Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı&quo...

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən fiziki şəxs Qasımova T...

Azər Qasımovun xanımı da işdən çıxdı

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.   Sfera.az Demokrat.az-a istinadən xəbə...

Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı - FOTO

Aparıcı,"ASAN Radio"nun direktoru Emin Müsəvi qızı Zemfira ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Mən və Zemfira - 29....

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.   Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib k...