“Bakı Metropoliteni” rəisinin xaricdəki ailə biznesi – 28 yaşlı oğlunun “uğur hekayəsi”

“Bakı Metropoliteni” rəisinin xaricdəki ailə biznesi – 28 yaşlı oğlunun “uğur hekayəsi”

Araşdırmaçı jurnalist Cavanşir Həsənli "Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovun xaricdəki ailə biznesi haqda ilginc faktlar paylaşıb.


Sfera.az həmin paylaşımı təqdim edir.


"Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində "Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib.


Metro işləmir, bəs pullar hara gedir?


Aşağıdakı sənədlər bu sualın cavabıdır. "Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ay İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb.

 

İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay's Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır.

Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb.


Zaur Hüseynov 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib. Oğlu Həbib Hüseynzadə PINNACLE WEST LIMITED-i 2016-cı ilin fevralında, 24 yaşında təsis edib”.


P.S. Şəkildəki evlər 2017-18-ci illərdə Downgate-də inşa olunub.












OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...