Ağstafada avtomobil körpüdən aşıb, xəsarət alan var

Hadisə
20:30 / 31.07.2020
3431
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Qəmbərov xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir. (report.az)