Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi təyin edilib

İdman
18:30 / 31.07.2020
2454
Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və müqavilə imzalanıb.