59 deputat tələb etdi, Milli Məclisin Sədri sərəncam imzaladı

Cəmiyyət
17:40 / 31.07.2020
2805
Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.
Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.