Bakı boşaldılsın, əhali rayonlara... – Baş infeksionist nələr təklif edir?

Bakı boşaldılsın, əhali rayonlara... – Baş infeksionist nələr təklif edir?

"Bu məsələdə tələskənliyə yol vermək olmaz”.


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın boşaldılması üçün insanların ailəliklə müəyyən müddətə rayonlara buraxılmasına icazə verilməsi və bu zaman onların öhdəlik götürməsi, bu öhdəlik pozulduğu halda cəzalandırılmaları təklifinə münasibət bildirərkən baş infeksionist Cəlal İsayev deyib:

 

 

"Avqustun 5-dən sonra katantin müddətinin uzadılması və ya yumşaldılmasına baxılacaq.Bu fonda əhalinin paytaxtdan rayonlara buraxılıb buraxılmaması məsələsində fikirlər haçalanır. Hesab edirəm ki, bu istiqamətdə müəyyən mexanizmlər işlənib hazırlanmalıdır ki, rayonlara gedənlər nəzaət altına götürülə bilsin. Bu insanlar öhdəlik götürməlidir”.

 

 

Həmsöhbətimiz indiki dövrdə belə bir addımın atılmasının təhlükəli olduğu qənaətindədir:

 

"Hər halda indiki dövrdə əhalinin rayonlara buraxılması müəyyən qədər təhlükəlidir. Görürsünüz ki, virusa yoluxanların sayı 320-yə düşmüşdü, ancaq yenidən 419-a qalxdı. Hər halda əhalinin rayonlara buraxılması məsələsində son nəticələrə əsaslanaraq qərara gəlmək olar.Yalnız tam stabillik olandan sonra bu barədə qərar vermək olar. İndiki rəqəmlərlə ifadə olunan yoluxma hadisələri təhlükəli rəqəmdir. Aparılan işlər nəticəsində yoluxma sayında müəyyən stabilləşmə olsa da, rəqəm hələ də yüksəkdir.

 

Ona görə də bu barədə tələskənliyə yol vermək olmaz. Rayonlardakı, Bakıdakı hadisələr təhlil olunduqdan sonra bir qərara gəlmək olar”.

 

 

"İnsanlar rayonlara buraxılsın, Bakıda sərbəst gəzsinlər”.


Bunu isə sayta açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla dedi:

 

"Hesab edirəm ki, karantin qaydaları yumşaldılmalıdır. İnsanların rayonlara buraxılması, Bakıda sərbəst gəzmələri təmin olunmalıdır. Amma karantin davranışları sərtləşdirilməlidir.İnsanlar müəyyən yerlərdə, qapalı məkanlarda müəyyən davranışlara ciddi riayət etməlidir. Eyni zamanda, məyyən əlamətlər yoxlanılmalıdır. Yəni xəstə olanlar deyil, yaxşı olar ki, sağlam adamlarrayonlara getsin, istirahət etsinlər, çimərliklər açılsın. Bu istiqamətdə təkliflər hazırlamışıq”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...

"Şrek" obrazına ilham verən güləşçi - FOTO

“Fransız mələyi” kimi tanınan güləşçi Maurice (Moris) Tilletdə əllər, ayaqlar və üz cizgilərinin hədsiz dərəcədə şişməsinə səbəb olan akromeqaliya x...