Emin Əmrullayev Təhsil Naziri təyin edildi - YENİLƏNİB

13-05
Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
***
12-02
Yeni təhsil naziri təyin olunub.
Sfera.az-ın məlumatına görə, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb.
Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.
Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.
Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.
Bu günkü təyinatına qədər Təhsil İnstitutunun direktoru kimi fəaliyyət göstərən Emin Əmrullayevin Təhsil Naziri kimi də ümidləri doğruldacağını düşünürük.