"İnter" Messiyə fantastik məbləğ ödəməyə hazırdır

 İtaliya "İnter"i İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messini transfer etməyə çalışacaq. 

Sfera.az xəbər verir ki, "neradzurri" argentinalı hücumçunun keçidini onun Kataloniya təmsilçisi ilə müqaviləsinin bitəcəyi 2021-ci ilin yayında azad agent kimi gerçəkləşdirmək niyyətindədir.

Bu halda Messinin "İnter"də illik maaşı 50 milyon avro təşkil edəcək. Bunun əvəzində klub 33 yaşlı hücumçunun yeni sponsorlar cəlb etməkdə yardımçı olacağına ümid edir.  

Qeyd edək ki, Lionel Messi bütün karyerasını "Barselona"da keçirib. O, 2019/2020 mövsümündə Primerada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı sayılıb.  (report.az)


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...