“Barselona”nın baş məşqçi postuna əsas namizəd Loran Blandır

İdman
20:45 / 23.07.2020
3035
PSJ-nin və Fransa millisinin keçmiş baş məşqçisi Loran Blan karyerasını Barselonada davam etdirə bilər.
Sfera.az xəbər verir ki, komandanın İspaniyada titulsuz qalmasından sonra Kike Setyenin istefası gündəmdən düşmür. Yerli medidada yayılan xəbərlərdə Barselonanın idman direktoru Erik Abidal məhz həmyerlisini klubun baş məşqçisi vəzifəsinə gətirməyə çalışır.
54 yaşlı mütəxəsis 2016-cı ildə PSJ-nin baş məçşqçi postunu tərk edəndən sonra işsizdir.
Xartırladaq ki, Loran Blan 1996-1997-ci illər mövsümündə Barselonada çıxış edib. O, 1 il ərzində 38 oyuna çıxıb və 1 qol vurub.