Təhsil eksperti: “SOCAR-ın onlayn təlimlər sahəsində gördüyü işlər öz faydasını verəcək”

Təhsil eksperti: “SOCAR-ın onlayn təlimlər sahəsində gördüyü işlər öz faydasını verəcək”
 

"Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) onlayn seminarların və vebinarların keçirilməsi çox müsbət haldır”.

Bunu "Report”a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru, təhsil üzrə ekspert İlqar Orucov SOCAR-ın müxtəlif qurumlarında təşkil edilən onlayn seminarlar və vebinarla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, artıq SOCAR-da bu istiqamətdə ənənəvi tendensiya formalaşıb ki, bu da, öz növbəsində, çox müsbət bir tendensiyadır.

İ.Orucov xatırladıb ki, illərdir SOCAR-da müxtəlif yay məktəbləri təşkil olunur və tələbələrin yay tətili müddətində onlar üçün müxtəlif bu istiqamətli fəaliyyətlər qurulur: "Düşünürəm ki, ölkənin inkişafında SOCAR kimi böyük bir yeri olan istehsal müəssisəsinin təhsilə önəm verməsi, xüsusilə gələcək kadr potensialının formalaşması istiqamətində bu kimi addımlar təqdirəlayiqdir. Bu həmçinin bir nümunədir. Bilirsiniz ki, hazırda bu tədbirlər onlayn formada keçirilir. Ancaq buna qədər isə SOCAR-da keçirilən yay məktəblərində bu kimi müxtəlif aksiyalar və layihələrdə təhsil alanlar istehsal prosesi ilə tanış olur. Onlar təhsil müddətində nəzəri biliklərini, eyni zamanda praktiki biliklərə çevirmək, nəzəriyyəni praktikada tətbiq etmək istiqamətində xeyli təcrübə toplayırdılar”.

Ekspert düşünür ki, bu kimi işlərin Azərbaycanda həyata keçirilməsi həmçinin əmək bazarı üçün daha perspektivli, daha uğurlu kadrların hazırlanması, yetişdirilməsi istiqamətində çox faydalıdır: "Əlbəttə, hazırkı dönəm bizə yeni çağırışlar diqtə edir. Bu çağırışlardan biri də ondan ibarətdir ki, biz təhsilə məsafədən davam edirik. Tələbələrimizin yay tətili müddətində boş dayanmaması, öz üzərlərində işləmələri üçün məhz istehsal müəssisələrinin, biznes qurumların onlayn platforma üzərindən fərqli alətlərlə tələbələri bu kimi aksiyalara cəlb etməsi olduqca faydalıdır”.

İ.Orucov ümid edir ki, SOCAR-ın bu istiqamətdə gördüyü işlər öz faydasını verəcək: "Bizim tələbələrimiz yay tətillərində bu vebinarlara könüllü olaraq qoşulmaqla onlayn formada olsa da, bilik əldə edəcəklər. Təbii ki, onlayn formada keçirilən istənilən təlim ənənəvi təlimləri əvəz edə bilməz. Ancaq bugünkü reallıq bundan ibarətdir”.

O düşünür ki, mütləq şəkildə bu istiqamətdə həyata keçirilən işlərin faydasını gələcəkdə əmək bazarına atılacaq gənclərimiz hiss edəcəklər: "Onlar bu onlayn seminarlar və vebinarlar sayəsində yeni biliklər əldə edəcəklər, yeni ünsiyyətlər yaradacaq və sosiallaşacaqlar. Bu kimi tədbirlərin ən vacib əhəmiyyətlərindən biri də ondan ibarətdir ki, gənclər bir-birini tanıyacaq, fərqli universitetlərdə oxuyan, yaxın ixtisaslar üzrə formalaşan gənclər bir-biri ilə əməkdaşlıq və dostluq münasibətləri qurmuş olurlar. Əlbəttə, bu da gələcəkdə onların həyatlarında olduqca mühüm rol oynayır”.

Ekspert düşünür ki, SOCAR-ın bu təcrübəsini yalnız və yalnız təqdir etmək olar: "Digər qurumların da bu kimi analoji tədbirlərin keçirilməsi istiqamətində onlara tövsiyə etmək və nümunə kimi göstərmək olar”.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...