Sabahdan Gürcüstanda daxili uçuşlar bərpa olunur

Dünya
14:10 / 23.07.2020
2646
Gürcüstanda iyulun 24-dən etibarən daxili uçuşların yerinə yetirilməsi bərpa olunacaq.
Sfera.az xəbər verir ki, müntəzəm uçuşlar Nataxtari hava limanından Mestia və Ambrolauri aeroportlarına və Tbilisidən Batumi istiqaməti üzrə yerinə yetiriləcək.
Avqustdan başlayaraq daxili uçuşların sayının artırılması da nəzərdə tutulub.