Millimizin futbolçusu da Türkiyə çempionu oldu

İdman
23:00 / 21.07.2020
4331
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir" klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub.
Sfera.az xəbər verir ki, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib.
Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib.
Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA "Instagram" hesabı vasitəsilə Kaplanı təbrik edib.
Qeyd edək ki, Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb.