Ermənilər Azərbaycana dəstəyinə görə Ukrayna səfirliyinin binasına borş tökdülər

Ermənilər Azərbaycana dəstəyinə görə Ukrayna səfirliyinin binasına borş tökdülər

Etirazçılar Ukraynanın Ermənistanın paytaxtındakı səfirliyinin binasına borş töküblər.


Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, bununla onlar Ukrayna XİN-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verdiyi bəyanata etirazlarını bildiriblər.

 

 

Aksiyanı Daşnaksütyun partiyasının gənclər qanadı təşkil edib. Etirazçılar səfirliyə üzərində Ukrayna və ingilis dillərində: "Ukraynaya ar olsun!", "Ukrayna + Azərbaycan", "Ukrayna kimi olma!" şüarları əks olunan plakatlarla gələrək, "Ukrayna, təhrik etmə!", "Təcavüzkarı dəstəkləməyin!" çağırışları ediblər.

 

"Azərbaycan bir neçə gündür ki, Ermənistana müharibə elan edir, sərhəddə toqquşmalar baş verir. Bununla bağlı müxtəlif dövlətlər və təşkilatlar bəyanatlar veriblər. Ukraynanın bəyanatı isə birtərəflidir və Azərbaycanın dəyirmanına su tökür. Bu cür hərəkətlərlə Ukrayna Ermənistan-Ukrayna münasibətlərinə zərbə vurur", - yazan KİV aksiya iştirakçılarından sitat gətirir.

 

Bundan sonra səfirliyin binasına borş tökülüb, divarları qarşısına plakatlar atılıb.

 

Qeyd edək ki, Ukrayna XİN iyulun 13-ü tarixli bəyanatı ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edib.

Ukrayna XİN-i tərəfləri münaqişənin beynəlxalq hüquq prinsipləri və normaları əsasında tənzimlənmə yollarını axtarmağa çağırıb.

 

Bəyanatda qeyd olunur ki, rəsmi Kiyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır.


İyulun 14-də sözügedən bəyanatla əlaqədar olaraq, Ukrayna səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb.

 

 

 

Xatırladaq ki, iyulun 12-də Azərbaycan və Ermənistan iki ölkənin sərhədində silahlı toqquşma barədə məlumat vermişdilər. Ermənistan bildirmişdi ki, Azərbaycan hərbçiləri UAZ markalı avtomobillə dövlət sərhədini pozmağa, daha sonra isə ermənilərindayaq məntəqəsini ələ keçirməyə cəhd ediblər.

Azərbaycan isə Ermənistan ordusunu təxribat törətməkdə ittiham edərək, bu ölkənin silahlı qüvvələrinin Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqeləri ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd etdiyini bildirmişdi.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...