Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq məlumat yaydı
 

İyulun 17-də saat 14 radələrində Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olmuşdur.

Baş Prokurorluğun məlumatına görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

 

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Nuranə qətldən 1 həftə əvvəl Seyidrəsuldan nikah tələb edibmiş

Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri- Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kürə atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar ortay...

Cavanşir Qurbanov vəfat etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.   Sfera.az xəbər verir ki, tanınmış idman xadimi 78 ...

Azərbaycanda ən çox kimlər ipoteka krediti götürür?

Azərbaycanda ipoteka kreditləri üzrə borcalanların əksəriyyətini dövlət sektorunda çalışan şəxslər təşkil edir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Direktorun müəllimi təhdid etməsi ilə bağlı rəsmi açıqlama

Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.   Sfera.az xəbər verir k...

Hərbçilərimiz Konyada tapşırıqları belə icra etdi -VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti t...

Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama

Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var.   Sfera.az xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr ...