Prezidentin köməkçisi: Yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər

Prezidentin köməkçisi: Yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər
Ermənistan dövləti öz xalqını çoxdan və məqsədyönlü şəkildə aldadaraq onu öz maraqlarının girovuna çevirib. Lakin biri var öz xalqını aldadasan, biri də var ki, beynəlxalq ictimaiyyəti həyasızcasına aldadasan.
Sfera.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev Ermənistan tərəfinin Azərbaycanın atəşkəs rejimini birinci pozması və artilleriya, zirehli texnika və aviasiyadan istifadə edərək hücuma keçməsi ilə bağlı ittihamlarına dair sualı cavablandırarkən deyib.
"İş burasındadır ki, tərəfimizdən atəşkəs rejiminin pozulması elementar məntiqə sığmır. Ermənistan tərəfindən fərqli olaraq Silahlı Qüvvələrimizin arxasında dinc sakinlər sıx şəkildə yaşamağa davam edir.
Ermənistan ordusunun vətəndaşlarımıza qarşı çoxsaylı, bəzən isə sərt təxribatları hamıya məlumdur. Sərhədyanı zonada toyun, çobanların, uşaqların, traktorçuların, kombaynerlərin atəşə tutulmasını, kənd təsərrüfatı sahələrinin yandırılmasını xatırlayın.
Hamısını sadalayıb qurtarmaq olmaz. Bu artıq Ermənistan tərəfindən vərdiş halını almışdı və uzun müddət davam edə bilməzdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriya silahından sərhədyanı dinc kəndləri daha azğın və daha kobud formada atəşə tutma cəhdlərinə əl atdı. Dinc əhali arasında yenidən qurbanlar oldu. Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da”, - deyə, general Əliyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, təbii ki, gələcəkdə belə növ cəhdlərin qarşısını almaq və əhalini təhlükədən qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susdurmaq məcburiyyətində idi.
"Bunun nə ilə qurtardığını bilirsiniz. Bir daha şəhidlərin ailələrinə başsağlığı vermək və silahlı qüvvələrimizin haqqını vermək istəyirəm. Ordumuz tərəfindən cavab tədbirləri zamanı Ermənistan tərəfində çaxnaşma, qaçış başladı və silahlı qüvvələrimiz ermənilərdən azad edilmiş yüksəklikləri tutdu.
Azərbaycan tərəfi bu uzun davam edən münaqişənin sülh yolu ilə həllinin həmişə tərəfdarı olub. Qeyd etmək istəyirəm ki, biz münaqişənin sülh yolu ilə davam etdirilməsində deyil, sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq.
Aydındır ki, Ermənistan rəhbərliyinin prinsipi hüququn gücdə olmasından ibarətdir. Onlar 90-cı illərin əvvəllərinin düşüncəsindən çıxmayıblar, necə həmin səviyyədə idilərsə, elə orada da qalmağa davam edirlər.
Onlar müharibə siyasətilə, Azərbaycan və erməni xalqlarının qanı ilə hakimiyyətə gəliblər və elə qalmaqda davam edirlər və çox təəssüf ki, indiyədək müharibə prinsipinə əsaslanmağa davam edirlər.
Əgər onlar bunu hələ də başa düşmək istəmirlərsə, onları başa salmağa məcbur etmək lazımdır ki, əgər hüquq gücdədirsə, gücümüz var. Və onlar yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər, bizə yalnız bu məsələdə təəssüflənmək və işimizi görmək düşür”, - deyə, o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...