Könüllülər cəbhə xəttindən geri qaytarılırlar

Könüllülər cəbhə xəttindən geri qaytarılırlar
Ermənistan-Azərbaycan cəbhəsinin hərbi əməliyyatların həyata keçirilən ərazilərinin yaxınlığında polis və hərbi postlar yaradılıb. 
Oxu.Az xəbər verir ki, blokpostlar cəbhəyanı ərazidən könüllülərin geri qaytarılması üçün yaradılıb. 
Belə ki, Ermənistan işğalından torpaqlarımızın azad edilməsi üçün Silahlı Qüvvələrimizin sıralarına qoşulmaq niyyəti olan könüllülər cəbhəyanı zonaya axın edir, - İnterfaks-Azərbaycan məlumat yayıb. 
Könüllülərin axınını şərh edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəriVaqif Dərgahlı qeyd edib ki, hazırda əlavə qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur və Azərbaycanın nizamlı ordusu qarşısına qoyulmuş tapşırığın öhdəsindən gəlir. 
"Bu qəbildən olan vəziyyət 2014-cü ilin avqust hadislərindən sonra da müşahidə edilmişdi. Silahlı qüvvələr mənəvi dəstəyə görə təşəkkür edib. Hazırda fiziki dəstəyə ehtiyac yoxdur”, - V.Dərgahlı bildirib. 
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin müxtəlif strukturlarına Silahlı Qüvvələrin sıralarına daxil olmaq üçün çoxsaylı müraciətlər daxil olub. 
"Müraciətlər Müdafiə Nazirliyinin müxtəlif strukturlarına, o cümlədən də hərbi hissələrə daxil olur. Vətəndaşlar ərazilərin azad edilməsi üçün döyüşlərdə iştirak etmək arzularını bəyan edirlər, Silahlı qüvvələrə hər hansı yardımı göstərməyə hazır olduqlarını bildiriblər”, - V.Dərgahlı bildirib. 
O, həmçinin vətəndaşların qrupların, eləcə də cəbhə boyu ərazidə yaşayan yerli sakinlərin erməni dəstələri ilə döyüşlərdə işitrak etmək üçün cəbhəyanı hərbi hissələrə gəldikləri faktını da təsdiqləyib. 
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində, münaqişə zonasında ermənilərin blokpostların yaratdığını və münaqişə zonasını tərk etmək istəyən insanların yolunu kəsdiklərinə dair məlumat yayılıb.  

OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...