“Evimdə oturmuşam, söz verirəm ki…” – Elmar Məmmədyarov danışdı

14:50 / 17.07.2020
3477
Prezident İlham Əliyevin sərəncamı ilə Xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov gununsesi.org-a müsahibə verib.
Sfera.az həmin müsahibəni təqdim edir:
–Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?
-Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.
–Gələcək planınız nədir?
-Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.
–ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?
-Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.
–Yeni Xarici işlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var...
-Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.