Qızğın döyüşlər gedir: 3 şəhidimiz var

Qızğın döyüşlər gedir: 3 şəhidimiz var

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Sfera.az  MN-in saytına istinadən bildirir ki, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.

Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub. 
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...