Cəbhədən son xəbər: Gərginlikdir, atışma gedir, düşmən qüvvə toplayır

Cəbhədən son xəbər: Gərginlikdir, atışma gedir, düşmən qüvvə toplayır
Hazırda cəbhənin bütün istiqamətləri boyu vəziyyət gərgin olaraq qalır. Əsasən də, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətində vəziyyət çox gərgindir, atışma gedir.
 

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşmiş Ermənistan silahlı birləşmələri, xüsusən Azərbaycan Ordusunun aprelin 2-də uğurlu əməliyyatlar həyata keçirdiyi istiqamətlərdə əks həmlələr həyata keçirir: "Onların mütəmadi həmlələrinə baxmayaraq, ermənilər geri oturdulur. İlkin məlumatlara görə, düşmən yenə də itkilər verməkdə davam edir. Azərbaycan tərəfinin həmin istiqamətlərdə heç bir itkisi yoxdur və heç bir mövqeni də əldən verməyiblər. Maraqlıdır ki, erməni tərəfi əvvəlcə dedi ki, guya nə bir mövqe, nə də itki veriblər. Sonra dedilər ki, biz yalnız o halda Azərbaycan tərəfi ilə razılığa gələ bilərik ki, ələ keçirdikləri mövqeləri geri qaytarsınlar. Həm deyirlər ki, mövqe verməmişik, həm də deyirlər alınan ərazilər geri qaytarıldıqda razılığa gələ bilərik. Elə bu faktın özü onların öz xalqını necə aldatdıqlarını sübut edir".

Müdafiə Nazirliyinin sözçüsü, həmçinin əlavə edib ki, aprelin 2-də keçirilən əməliyyatdan başqa, Azərbaycan Silahlı Qüvvələri tərəfdən cəbhə boyu hər hansı istiqamətdə irəliləmə olmayıb.

Xidmət rəisi bildirib ki, Azərbaycan atəşkəs rejiminə birtərəfli qaydada əməl olunacağına dair qərar verib və buna əməl edir. Lakin ermənilər buna riayət etmir və intensiv olaraq mövqelərimizlə yanaşı yaşayış məntəqələrini, mülki obyektləri atəşə tutur və vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışır:

"Cəbhə xəttində düşmən tərəfdə yenə də əlavə hərbi texnika və canlı qüvvə cəmləyir. Çünki onlar əldən verdikləri mövqeləri geri qaytarmağa cəhd göstərirlər. Silahlı Qüvvələrizin bölmələri isə onların qarşısını almağa və layiqlə zərbə vurmağa hazırdır".

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.


OXŞAR XƏBƏRLƏR

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...

Şəmkirdə fərdi yaşayış evində yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.  ...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Yeraltı təkanla...