Ağır zərbə sonrası Ermənistandan ilk qorxaq açıqlama
Siyasət
23:52 / 03.04.2016
22227
Ermənistan prezidenti Serj Sarkisyan, Azərbaycan cəbhə xəttində çıxan qarşıdurmalarda 18 Ermənistan əsgərinin öldüyünü, 35-inin də yaralandığını irəli sürdü.
Sfera.az türk saytı Haberaya istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan, Dağlıq Qarabağ-Azərbaycan Cəbhə xəttində meydana gələn hadisələrlə əlaqədar Milli Təhlükəsizlik Şurasının yığıncağı təşkil etdi.

Yığıncaqda etdiyi çıxışında sərhəd xəttindəki qarşıdurmalarda Ermənistan əsgərlərindən 18-nin öldüyünü 35-nin yaralandığını iddia edən Sarkisyan, "Hadisələrin nəyə çevriləcəyi hələ bəlli deyil" dedi. Sarkisyan, şimalda və cənubda gərginliklər olduğunu, vəziyyətin nəzarət altına alınmağa çalışıldığını söylədi.
Sarkisyan, Dağlıq Qarabağdakı işğalçı erməni rəhbərliyinə dəstəyini ifadə edərək, hərbi yardımlar mövzusunda razılaşma imzalanması üçün işlərə başlanması lazım olduğunu dilə gətirdi.
Azərbaycan Müdafiə Nazirliyindən edilən son şərhdə, erməni qüvvələrinin Azərbaycan mövqelərini açdığı atəş nəticəsində çox sayda vətəndaşın həyatını itirdiyi və yaralandığı ifadə edilmiş, 12 əsgərin şəhid olduğu bildirilmişdi.