“Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb”

“Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb”

Ermənipərəst Valeri Buaye Ermənistan hakimiyyətini ifşa edib.

Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb. Bu sözləri fransalı deputat Valeri Buaye bildirib.



Ermənipərəst mövqeyi ilə seçilən deputat Valeri Buaye bu sözləri Azərbaycan ordusu ilə döyüşlər zamanı həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verərkən deyib.

"Azərbaycan tərəfi Dağlıq Qarabağa hücum edib. Vəziyyət çox ağırdır. Yüzlərlə erməni hərbçisi öldürülüb və çoxsaylı mülki sakin həyatını itirib” – deyə deputat əlavə edib.

Ermənistan hakimiyyəti döyüşlər zamanı ölən və yaralananlar barədə yanlış məlumat verməklə real insan tələfatını ölkə ictimaiyyətindən gizlətməyə çalışır. Fransalı deputat bu sözləri ilə bilavasitə Ermənistan hakimiyyətini ifşa edib.

Valeri Buaye-Fransalı deputat

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...