Bütün dünyanın gözlədiyi ŞAD XƏBƏR - 4-6 həftə ərzində...

Bütün dünyanın gözlədiyi ŞAD XƏBƏR - 4-6 həftə ərzində...
 

ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar.

Sfera.az "Report”-a istinadən  xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən CNBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir.

"Bəs nə vaxt vaksin materialları istehsal etməyə başlayacaqlar? Ehtimal ki, 4-6 həftə ərzində", - mənbə telekanala deyib.

Bununla yanaşı o qeyd edib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansı hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil.


OXŞAR XƏBƏRLƏR