Danimarkada çempion müəyyənləşdi

İdman
13:05 / 10.07.2020
1702
Danimarka Super Liqasında 2019/20 mövsümünün qalibi məlum olub.
Sfera.az xəbər verir ki, 32-ci turda lider "Midtyulland" ən yaxın izləyicisi "Kopenhagen"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Bununla da sona dörd tur qalmış xallarını 78-ə çatdıran "Midtyulland" çempionluğunu rəsmiləşdirib. "Canavarlar" 3-cü dəfə ölkə çempionu olub.