Qazaxıstanda koronavirusa görə matəm elan edildi

Dünya
12:10 / 10.07.2020
2092
Qazaxıstanda 13 iyul matəm günü elan edilib.
Sfera.az xəbər verir ki, bu ölkədə son 24 saat ərzində 1,962 nəfərdə COVİD-19 aşkarlanıb.
Bununla da koronavirusa yoluxanların sayı 53 min 21 nəfərə çatıb. Ümumilikdə isə 264 nəfər dünyasını dəyişib.
Ölkə Prezidenti Kasım-Jomart Tokayev koronavirus infeksiyasından ölənlərin xatirəsinə iyulun 13-nün ölkədə matəm elan edilməsi haqda sərəncam verib