Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir

Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir
 İyulun 13-dən Moskvada məcburi maska geyinmək rejimi ləğv ediləcək.

Sfera.az xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, son günlər gündəlik yoluxma hallarının sayı 834-dən 670-ə enib.

Aradan qaldırılan məhdudiyyətlər arasında tədris ilinin sentyabrın 1-dən başlaması, uşaq düşərgələri və əyləncə mərkəzlərinin fəaliyyətə başlaması da var. Avqustun 1-dən etibarən Moskvada teatr və kino-teatrların fəaliyyəti bərpa olunacaq. (report.az)

OXŞAR XƏBƏRLƏR