Tədris ilinin yekununa dair 1700-dən çox müəllimin iştirakı ilə onlayn forum keçirilib

Tədris ilinin yekununa dair 1700-dən çox müəllimin iştirakı ilə onlayn forum keçirilib
 

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib.

Təhsil Nazirliyindən  bildirilib ki, "Microsoft Teams” platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən çox müəllim və təhsil işçisi qatılıb.

Koronavirus pandemiyası ilə əlaqədar distant təhsil formatına keçən Azərbaycan təhsil sistemi və müvafiq istiqamətdə görülən işlər haqqında geniş məlumat verən Təhsil naziri Ceyhun Bayramov bu dövrdə təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması üzrə teledərslər, videodərslər və digər elektron tədris resurslarından səmərəli istifadə olunduğunu xüsusi qeyd edib. "Dərs vaxtı” və "Virtual məktəb” imkanları vasitəsilə təhsilalanların təhsildən geri qalmaması, təhsilverənlərin böyük zəhmət və fədakarlıqlarından danışan nazir Ceyhun Bayramov postpandemiya dövrü üçün təhsil sisteminin əsas hədəflərini açıqlayıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Təhsil sahəsində yeni çağırışlar və əsas istiqamətlər haqqında danışan Milli Məclisin deputatı Bəxtiyar Əliyev bu müddətdə qanunverici orqanda da təhsil sahəsində bir çox normativ-hüquqi sənədlərin hazırlanaraq qəbul olunduğunu bildirib. Qeyd edib ki, rəhbəri olduğu Elm və təhsil komitəsi pandemiya şəraitində təhsillə bağlı bir sıra onlayn görüş, iclas və tədbirlər təşkil edib. Bəxtiyar Əliyev Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda çalışdıqlarını və birgə addımların atılması istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirib.

Milli Məclisin deputatı Şahin Seyidzadə tədris ilində görülən işlər, pandemiya şəraitində ənənəvi təhsilin virtual təhsilə transferi, postpandemiya dövrü üçün fəaliyyətlər, o cümlədən onlayn platformalarda müəllimlərin və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verib, təhsil işçilərini və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasını gələcək addımlarda təşəbbüs və təkliflərlə çıxış etməyə dəvət edib.

Sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının keçdiyi yol və gördüyü işlər, pandemiya şəraitində və postpandemiya dövrü üçün fəaliyyəti, gələcək tədbirlər barədə təqdimat olub.

Forum qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...