Moskva vilayətində kafe və restoranlarla bağlı AÇIQLAMA: İyulun 25-dən...

Moskva vilayətində kafe və restoranlarla bağlı AÇIQLAMA: İyulun 25-dən...
Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyəti bərpa olunur.
 
Sfera.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin rəsmi internet saytında yerləşdirilən sənəddə bildirilib.
 
Təsdiq edilmiş sənədin müvafiq paraqrafında qeyd olunub ki, adıçəkilən obyektlər yalnız 25 iyul 2020-ci il tarixindən fəaliyyətə başlaya bilər.

OXŞAR XƏBƏRLƏR