Mancukiç Qətər klubundan ayrıldı

İdman
13:55 / 06.07.2020
2128
Xorvatiya millisinin keçmiş hücumçusu Mario Mancukiç Qətərin "Əl-Duhail" klubunan ayrılıb.
Sfera.az xəbər verir ki, 34 yaşlı hücumçu klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlayıb.
Mancukiç 2019-cu ilin yayında "Yuventus"dan ayrılaraq, Qətər klubuna keçmişdi. O, "Əl-Duhail"də 7 oyun keçirib və 1 qol vurub. Təcrübəli hücumçu bir il ərzində 7,3 milyon avro maaş alıb.