Koronavirusa "ən çox qadınlar yoluxub", yoluxma hallarının "çoxu Bakıdadır"

Koronavirusa
Koronavirusla bağlı yoluxma hallarının yarıdan çoxu Bakının payına düşür, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü keçirilmiş brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəsi Birliyinin idarə heyətinin sədri bildirib.

Ramin Bayramlının sözlərinə görə, düzgün protokolların tətbiqi nəticəsində ölüm səviyyəsini "2 faizin altında saxlamaq" mümkün olub.

"Karantin rejiminə görə, bizdə indi bu vəziyyətdir, əgər karantin rejimi olmasaydı, bu rəqəmlər daha çox olardı. Hazırda rəqəmləri stabil saxlamağa çalışmışıq", o deyib.

Bununla yanaşı, Ramin Bayramlı yoluxma hallarının artımı ilə bağlı narahatlığını bildirib: "Yoluxma sayında tendesiyasının dəyişməsi lazımdır".

Cümə günü keçirilən brifinqdə daha bir statistika gender sahəsində kişilər və qadınların yoluxma nisbətinə aid idi. Məlumata əsasən, Azərbaycanda qadınlar arasında yoluxma səviyyəsi "daha yüksəkdir - 54 faizdir".

Nəqliyyat və rayonlara gediş-gəliş

Brifinqdə nəqliyyat və rayonlara gediş-gəliş məsələsinə də toxunulub.

ASAN Xidmətinin rəhbəri Ülvi Mehdiyev deyib ki, ictimai nəqliyyata qoyulmuş qadağaya görə, həftəsonu işçilərin işə gedib gəlməsini təmin etmək istəyən təşkilat ya xidməti nəqliyyatdan, ya fərdi avtomobildən, bu mümkün olmasa, taksilərdən istifadə etməlidir.

"Rayonlara səyahət onların narıncıdan sarı zona statusu almasından sonra mümkün olacaq", prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri deyib.

"Mən də başa düşürəm ki, bu hamını narahat edən məsələdir, amma bir az dözümlu olmaq lazımdır...", Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, yoluxma halları hələ də yüksək səviyyədə qalır.

"Hamını narahat edir ki, bu niyə yüksək səviyyədə qalır. Biz istədiyimiz məhdudiyyətləri kağızda yaza bilərik, amma buna əməl etməyəndən sonra heç bir nəticəsi olmayacaq", prezidentin köməkçisi deyib.

Şahmar Mövsümov deyib ki, koronavirusa qalib gəlmək üçün Azərbaycan cəmiyyətinin həmrəyliyi olmalıdır.

"Mənə nə ediblər yox, bu mübarizədə mən nə etmişəm sualı vacibdir. Bu, ümumxalq problemidir".

Maskada olmayan şəxsləri maska taxmağa çağıran Şahmar Mövsümov əlavə edib ki, koronavirusla mübarizədə dünya təcrübəsi yoxdur ki, öyrənilsin.

Azərbaycanda hazırda 19267 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilir. Onlardan 10820 nəfəri sağalıb, 235 nəfər vəfat edib. Cümə gününə olan aktiv xəstə sayı 8212 nəfərdir.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...