İcazəsi olan bu şəxslər belə cərimələnə bilər — RƏSMİ AÇIQLAMA

İcazəsi olan bu şəxslər belə cərimələnə bilər — RƏSMİ AÇIQLAMA
 Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir.

Sfera.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu həm hüquqi şəxsə, həm də şəxsi taksilərə aiddir: "Birincisi, istənilən taksinin fərqlənmə nişanı olmalıdır, bu vacibdir. Həmçinin həmin taksi sürücüsü və nəqliyyat vasitəsi barədə məlumatlar portala daxil edilməlidir. Yalnız bu prosesdən sonra həmin taksi fəaliyyət göstərə bilər".

K.Əliyev bildirib ki, fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələr olmalıdır: "Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır. Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır. Əsas məsələ isə, taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər. Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək".

OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...