Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir

Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir.

Sfera.az Trend-ə istinadən bildirir ki, sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub.

Tədbirdə terrorizm təhlükəsi, KXDR-nin nüvə problemi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin liderləri iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR