Azərbaycanda boşanma qaydaları dəyişilə bilər

Azərbaycanda boşanma qaydaları dəyişilə bilər
Ali Məhkəmə Milli Məclisə Ailə Məcəlləsinə nikahın pozulması ilə bağlı dəyişikliklər və əlavələr edilməsi üçün təkliflərlə müraciət edəcək.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən bildirir ki, Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumunda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. 
Plenumda vurğulanıb ki, nikah pozularkən birgə nikahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. 
Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə nikahın pozulması hallarında alimentin məbləği düzgün müəyyənləşdirilməlidir.
Plenum "Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara alıb.

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...