"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" — Baş infeksionist həyəcan TƏBİLİ ÇALDI

 Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.
 

O, "Ölkə.Az”a açıqlamasında bildirib ki, sözü gedən içkilərin ölüm riski var.

Onun sözlərinə görə, koronavirusun tüğyan etdiyi bu vaxtda enerji içkilərinin qəbulu daha ağır fəsadlar törədə bilər.

"Red Bull, Bizon, Hell” kimi enerji içkiləri çox ziyanlıdır. Hər zaman deyilib və indi də deyilir ki, insanlar bu içkilərdən qaçmalıdırlar”.

Baş infeksionist enerji içkilərinin insan orqanizmini zəiflətdiyini, immuniteti aşağı saldığını və asılılıq yaratdığını da vurğulayıb.

"Bu içkilərin fəsadlarından biri də insanda immun sistemini darmadağın etməsidir. Bundan başqa onlar insanda psixoloji asılılıq yaradır.  Xüsusən də bu cavanlar üçün dəhşətli vəziyyət, asılılıq yaradır. Bu da onun tərkibində olan yüksək dərəcədə kofeinin olmasından qaynaqlanır.  Bu çox ciddi bir haldır. Çox miqdarda kofein, xüsusilə də, hipertansiyon, ürək qeyri-kafiliyi, ritm pozuqluğu kimi xəstəlikləri olanlarda ürək və yüksək təzyiq kimi fəsadlar törədə bilir”.

Cəlal İsayev immun sisteminin gücləndirmək üçün təbii şirələrin qəbulunun vacibliyindən də söz açıb:

"Hazırda meyvənin bol vaxtıdır. Tövsiyyə edirəm ki, insanlar bu meyvələrdən bol-bol istifadə etsinlər. Təzə meyvələrdən təbii şirələr çəkib, qəbul etsinlər. Bundan başqa bu meyvələrdən kompotlar hazırlasınlar. Mağazalarda satılan hazır şirələrdən də istifadə etməsinlər”.



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...