Bakıda dəhşət: 14 yaşlı qızı zorlayıb sonra da...

Bakıda dəhşət: 14 yaşlı qızı zorlayıb sonra da...
Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Hüseyn İsmayılov, Hacı Məmmədov və Emin Alıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 
Sfera.az teleqraf.com-a istinadən bildirir ki, 14 yaşlı Sevda Babayeva (ad və soyad şərtidir) Emin Alıyev, Hüseyn İsmayılov və Hacı Məmmədov tərəfindən aldadılaraq təcavüzə məruz qalıb. 14 yaşlı qızla Emin Alıyev və Hüseyn İsmayılov cinsi əlaqədə olublar, Hacı Məmmədov isə bu görüntüləri mobil telefonunun yaddaşına köçürüb. 

Hadisədən sonra 14 yaşlı qız Emin və dostları tərəfindən hər dəfə video görüntülərinin yayılacağı ilə şantaj olunub. Sevda Babayevanı həmin görüntülərini sosial şəbəkələrdə yaymaqla hədələyiblər. 

Hüseyn İsmayılov və Emin Alıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) və 182.1-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə, Hacı Məmmədov isə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn İsmayılov və Emin Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hacı Məmmədov isə şərti cəza alıb. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. 

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onların apellyasiya şikayətləri təmin edilməyib.

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...